Putin və Corc Buşun rəqs görüntüləri yayıldı - VİDEO

  14 Yanvar 2020    Oxunub : 6218
Putin və Corc Buşun rəqs görüntüləri yayıldı - VİDEO
Kremlin saytında Rusiya Prezidenti Vladimir Putin və ABŞ-ın keçmiş lideri Corc Buşun birgə rəqs etmələrinə dair arxiv videogörüntülər yayımlanıb.
Azvision.az xəbər verir ki, izləyicilər tərəfindən maraqla qarşılanan video "Putin. 20 il” layihəsi çərçivəsində təqdim olunub.

Video Putin və Buşun Prezident kimi son görüşü zamanı çəkilib. Dövlət başçıları Buşun Soçiyə səfərində kuban kazak xorunun rəqslərinə qoşulublar. Görüş 5-6 aprel 2008-ci ildə baş tutub. Kremlin saytı həmin görüntüləri "vida ziyarəti" adlandırıb.

"Putin. 20 il” layihəsi 2019-cu ilin dekabr ayında start götürüb. Layihə çərçivəsində arxiv fotoşəkillər, Putinin ilk dəfə Rusiya Prezidenti olduqdan sonra çəkilmiş videoları ictimaiyyətə təqdim olunur.



Pərvanə Sultanova
Azvision.az

Teqlər: Putin   Corc-Buş