Jirinovski Rusiya himninin uzun olmasından şikayətləndi

Jirinovski Rusiya himninin uzun olmasından şikayətləndi
  14 Yanvar 2020    Oxunub:2708
Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Dövlət Dumasının plenar iclasında çıxışı zamanı himnin çox uzun olmasından şikayətlənib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki,Jirinovski qadınların və uşaqların Rusiya dövlət himnini ifa etməkdə çətinlik çəkdiklərini deyib.

"Biz indi himni səsləndirdik. Mən komitə rəhbərliyindən (Dumanın Dövlət Quruculuğu və Qanunvericilik komitəsi-red) xahiş edirəm: himni düzəldin. Üç bənd və üç xor olduqda, bu, uzun bir ifadır. Yaşlı insanlar, qadınlar, uşaqlar üçün çətindir", - deyə Jirinovski əlavə edib.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Jirinovski   Rusiya   Himn  





Xəbər lenti