Azərbaycan-Bolqarıstan əlaqələri danışıldı

Azərbaycan-Bolqarıstan əlaqələri danışıldı
  21 Dekabr 2013    Oxunub:1099
Sofiyada keçirilən qəbulda Azərbaycan-Bolqarıstan əlaqələrinin inkişafından danışıldı.
Dekabrın 19-da Sofiya Universiteti nəzdində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin və ölkəmizin Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə qəbul keçirilib.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Səfirlikdən bildiriblər ki, Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində keçirilən qəbulda Sofiya Universitetinin rəhbərliyi, dekanları, müəllimləri, o cümlədən ölkəmizdə 1950-1970-ci illərdə təhsil almış Bolqarıstan vətəndaşları, səfirliyin əməkdaşları və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Səfir Emil Kərimov çıxış edərək Azərbaycanın siyasəti, iqtisadiyyatı, mədəniyyəti, ölkəmizdə aparılan islahatlar, respublikamızın beynəlxalq əlaqələri barədə geniş məlumat verib.

Azərbaycan-Bolqarıstan əlaqələrindən danışan diplomat ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdiyini söyləmişdir. O, dekabrın 17-də Bakıda “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanmasının Avropa İttifaqı üçün önəmini vurğulamış, həmin tədbirdə Bolqarıstanın Baş naziri Plamen Oreşarskinin rəhbərli ilə nümayəndə heyətinin iştirakının ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Sonra Şərq Dilləri və Mədəniyyəti Mərkəzinin müdiri, professor A.Fedotov çıxış edərək Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyətinin xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynadığını bildirib.

Tədbirdə, həmçinin ölkəmizdə 1950-1970-ci illərdə təhsil almış professorlar G.Georgiyev və Ç.Hakov çıxış edərək həmin vaxtları xoş təəssüratlarla xatırladıqlarını bildiriblər.

Azərbaycanın onlar üçün doğma ölkə olduğunu söyləyən G.Georgiyev və Ç.Hakov təhsildən sonrakı illərdə tələbə dostları tərəfindən tez-tez Bakıya dəvət edildiklərini, Sofiyada Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyətindən məmnunluqlarını bildiriblər.

Sonra qonaqlar Azərbaycan milli mətbəxinin təamlarından dadıblar.


Teqlər:





Xəbər lenti