Pakistan İrəvanla diplomatik əlaqələr qurur? - Səfirlik açıqlama verdi

 Pakistan İrəvanla diplomatik əlaqələr qurur? -  Səfirlik açıqlama verdi
  14 Yanvar 2020    Oxunub:8068
Pakistanın Azərbaycandakı səfirliyi son günlər bəzi KİV-lərdə rəsmi İslamabadın Ermənistanı dövlət kimi tanıyacağı və diplomatik əlaqələrin qurulacağına dair yayılmış xəbərlərə aydınlıq gətirib.

Pakistanın Bakıdakı səfirliyindən Azvision.az -verilən açıqlamada bildirilib ki, Azərbaycan mətbuatınada yayılmış məlumatlar doğru deyil.
Səfirlik bəyan edib ki, Pakistanın Ermənistanı tanımaq məsələsindəki mövqeyində heç bir dəyişiklik yoxdur: "Diplomatik korpus bu əsassız və yanlış iddaları rədd edir".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Pakistan   Ermənistan  





Xəbər lenti