Zərif Davosa getməkdən imtina etdi

   Zərif Davosa getməkdən imtina etdi
  15 Yanvar 2020    Oxunub:3200
İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif Davosda keçiriləcək Ümumdünya İqtisadi Forumunda iştirakdan imtina edib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya İqtisadi Forumunun prezidenti Borq Brende bildirib.

Onun sözlərinə görə, Zərif forumda iştirak etmək üçün qeydiyyatdan keçsə də, regiondakı gərgin vəziyyətlə əlaqədar İsveçrəyə getməyəcək.

Qeyd edək ki, Davos iqtisadi forumu 21-24 yanvar tarixlərində keçiriləcək.

Azvision.az


Teqlər: İran   Davos   Zərif  





Xəbər lenti