Məscidə silahlı hücum edildi: 5 ölü, 11 yaralı

Məscidə silahlı hücum edildi:    5 ölü, 11 yaralı
  15 Yanvar 2020    Oxunub:3419
Yəmənin Abyan əyalətinin Lurd rayonunda yerləşən məscidlərindən birində silahlı insident baş verib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, məscidə daxil olan naməlum şəxs insanlara atəş açıb. Hadisə nəticəsində 5 nəfər ölüb, 11 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Ölənlər arasında məscidin imamının da olduğu bildirilir. İnsidentin hansı səbəbdən baş verdiyi məlum deyil.

Azvision.az



Teqlər: Məscid   Hücum  





Xəbər lenti