Məşhur müğənni ayağından güllələnib

  15 Yanvar 2020    Oxunub : 2156
Məşhur müğənni ayağından güllələnib
Rusiyanın Xalq artisti Aleksandr Serov münaqişə zəmnində travmatik silahdan ayağından vurulub.
Azvision.az xəbər verir ki, bu barədə məşhur müğənni “StarHit”ə müsahibəsində bildirib. Onun sözlərinə görə, hadisə ötən ilin sonunda Moskva yaxınlığındakı kafedə baş verib:

“Kişi kimi danışmaq, məsələni yoluna qoymaq üçün küçəyə çıxdıq. Amma söhbət nəticə vermədi, çünki onlardan birində silah var idi və məni ayağımdan vurdu". Onun sözlərinə görə, həmin şəxlər dərhal hadisə yerindən qaçıblar. Sənətçi hüquq mühafizə orqanlarına müraciət etməyib.

“Həkimlər gülləni çıxara biliblər, indi sağlamlığım üçün heç bir təhlükə yoxdur. Düzdür, hələ də axsayıram, ancaq düşünürəm ki, tezliklə sağalacam”,- deyə Serov əlavə edib. Müğənni onu da bildirib ki, hələ də həkim nəzarəti altındadır.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya