İslahatlara kölgə salan korrupsiya hallarına qarşı ciddi mübarizə davam etdirilir

İslahatlara kölgə salan korrupsiya hallarına qarşı ciddi mübarizə davam etdirilir
  15 Yanvar 2020    Oxunub:5483
Ağstafa rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Nizaməddin Quliyevin oğlu vəzifəsindən azad edilib.

Azvision.az xəbər verir ki, bu barədə Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib. Onun sözlərinə görə, Ramal Quliyev özünün müraciəti əsasında Baş prokurorun müvafiq əmri ilə tutduğu vəzifədən azad olunub.
Qeyd edək ki, Ramal Quliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı olub.

Xatırladaq ki, ötən il dekabrın 19-da Nizaməddin Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Nizaməddin-Quliyev  





Xəbər lenti