Prokurorluq Sarkisyanın vəsatətini rədd edib

Prokurorluq Sarkisyanın vəsatətini rədd edib
  15 Yanvar 2020    Oxunub:3059
Ermənistanın Baş Prokurorluğu ölkənin sabiq prezidenti Serj Sarkisyanın əmlakının müsadirə olunmasına dair qərarla bağlı vəkillərin vəsatətini rədd edib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Qeyd edək ki, 2019-cu ilin dekabrında Serj Sarkisyanın əmlakına həbs qoyulması haqqında qərar verilib. Dekabrın 4-də Ermənistanın Xüsusi İstintaq Xidməti keçmiş prezidentə qarşı ittiham elan edib. Sarkisyan 2013-cü il yanvarın 25-dən fevralın 7-dək bir 1 milyon dollardan çox büdcə vəsaitini oğurlamaqda təqsirli bilinir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti