Ruhani təyyarə olayına görə ikinci dəfə üzr istədi

  15 Yanvar 2020    Oxunub : 2075
 Ruhani təyyarə olayına görə ikinci dəfə üzr istədi
İran Prezidenti Həsən Ruhani ölkənin Silahlı Qüvvələrinin Ukrayna təyyarəsini təsadüfən vurduğunu gec elan etməsinə görə üzr istəyib.
Azvision.az xəbər verir ki, bu barədə Ruhani İran dövlət televiziyasında çıxışı zamanı bildirib.

"Mən gecikdiyimizə görə üzr istəyirəm”, - deyən Ruhani İran Silahlı Qüvvələrindən Ukrayna təyyarəsinin vurulması barədə ətraflı məlumat verilməsini tələb edib.

"İstəyirəm ki, Baş Qərargah və ölkənin hərbi strukturları istintaqın bütün təfərrüatlarını insanlara açıqlasınlar", - Ruhani vurğulayıb.

İran Prezidenti xalqı milli birliyə, ölkənin Silahlı Qüvvələrini isə üzr istəməyə çağırıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İran   Ruhani