Rusiya hökuməti istefaya getdi

 Rusiya hökuməti istefaya getdi
  15 Yanvar 2020    Oxunub:6310
Rusiya hökuməti tam tərkibdə istefaya gedib.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Baş nazir Dmitri Medvedev deyib.

“Prezident Vladimir Putinin bu gün Federal Məclisə müraciətindən sonra hökumət tam tərkibdə istefaya gedir”, - deyə Medvedev açıqlama verib.

Prezident Vladimir Putin isə hər şeyin yolunda getməsinə baxmayaraq, birlikdə çalışdıqlarına görə hökumət üzvlərinə təşəkkür edib. Rusiya lideri yaxın vaxtlarda Nazirlər Kabinetinin hər bir üzvü ilə görüşəcəyini söyləyib. Hələlik isə onlardan vəzifə səlahiyyətlərini tam şəkildə yerinə yetirmələrini xahiş edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Hökumət  





Xəbər lenti