Kommunistlər Mişustinə səs verməyəcəklər

 Kommunistlər Mişustinə səs verməyəcəklər
  16 Yanvar 2020    Oxunub:2225
Rusiyanın Kommunist Partiyasının parlament fraksiyası Baş Nazir vəzifəsinə Prezident Vladimir Putin tərəfindən namizədliyi irəli sürülmüş Mixail Mişustinə səs verməyəcək .
Azvision.az xəbər verir ki, bu barədə TASS-a partiyadan məlumat verilib.

“Biz səsvermədə iştirak etməyəcəyik”, - deyə partiya nümayəndəsi bildirib.

Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov isə mətbuata şərhində Mişustinə niyə səs verə bilməyəcəklərinə aydınlıq gətirib. Onun sözlərinə görə, bu, Nazirlər Kabinetinin tərkibinin və proqramının məlum olmaması ilə bağlıdır.

Xatırladaq ki, bu gün Dövlət Duması Mişustinin Baş Nazir vəzifəsinə təsdiqlənməsi məsələsinə baxacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Kommunist  





Xəbər lenti