ƏDV-nin qaytarılması ilə bağlı əsasnamə bir aya hazır olacaq

ƏDV-nin qaytarılması ilə bağlı əsasnamə bir aya hazır olacaq
  16 Yanvar 2020    Oxunub:3103
"Əlavə Dəyər Vergisinin qaytarılması ilə bağlı Əsasnamə yaxın bir ay ərzində hazır olacaq".
Azvision.az xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini İlkin Vəliyev 2019-cu ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, əgər hər hansı texniki problem yaranmasa, fevralın 1-dək ƏDV-nin qaytarılması ilə bağlı əsasnamə hazırlanıb təqdim ediləcək.

Nazir müavini, həmçinin 2021-ci ilə qədər bütün ictimai-iaşə müəssisələrində nəzarət kassa aparatlarının quraşdırılacağını qeyd edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: ƏDV  





Xəbər lenti