İranın sülh danışıqlarında iştirakına icazə verilmədi

İranın sülh danışıqlarında iştirakına icazə verilmədi
  21 Dekabr 2013    Oxunub:1001
Suriya müxalifəti İranı hakimiyyəti dəstəkləməkdə və ölkəyə “Hizbullah” kimi silahlı qüvvələr göndərməkdə ittiham edir.
AzVision.az qərb mətbuatına istinadən xəbər verir ki, dünən Cenevrədə Suriya sülh danışıqlarına hazırlıq məqsədilə baş tutan üç tərəfli görüşdə müzakirələrdə iştirak edəcək, tərəflərin siyahısı açıqlanıb. BMT-nin Suriya münaqişəsi üzrə nümayəndəsi Əxdər əl-İbrahimi 22 Yanvarda keçiriləcək sülh danışıqlarına Səudiyyə Ərəbistanının da dəvət edildiyini bildirib.

Rəsmi Vaşinqton da öz növbəsində bəyan edib ki, İranın bu danışıqlara dəvət edilməsi barədə hələ qərar verilməyib.

Suriya müxalifəti İranı hakimiyyəti dəstəkləməkdə və ölkəyə “Hizbullah” kimi silahlı qüvvələr göndərməkdə ittiham edərək, rəsmi Tehranın Suriya sülh danışıqlarında iştirak etməsinə kəskin şəkildə etiraz edir.

S. Həsənova


Teqlər:  





Xəbər lenti