Ermənistan İranla sərhəddə aeroport açır

Ermənistan İranla sərhəddə aeroport açır
  21 Dekabr 2013    Oxunub:1174
Ermənistanın cənubunda yerləşən Qafan Aeroportunun işi bərpa ediləcək.
XAnkəndində aeroportun açılışının uzandığı bir vaxtda Ermənistanın gündəmində yeni, Syunik aeroportunun açılması məsələsi peyda olub.

Erməni mətbuatı yazır: “ Şahidlərin sözlərinə görə, bir zamanlar keyfiyyətli fəaliyyət göstərən Qafan aeroportu hazırda elə də pis vəziyyətdə deyil, müəyyən qədər investisiya yatırmaqla onu İran-Qarabağ-Yerevan-Gürcüstan istiqamətində “ipək yoluna” döndərmək olar. Bu, yalnız İran-Ermənistan əlaqələrinin inkişafı fonunda mümkün ola bilər”.

Xocalı aeroportuna gəlincə ermənilər hələlik onu işə salmaqdan çəkinir. Buna baxmayaraq məsələ hələ də gündəmdə qalır.
Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti