“Moody's”: Dörd ölkə su altında qala bilər

    “Moody
  16 Yanvar 2020    Oxunub:6719
“Moody's” reytinq agentliyinin hesabatına görə, iqlimşünaslar gələcək onilliklər ərzində dəniz səviyyəsinin yüksəlməyə davam edəcəyini, bunun da təbii fəlakətlərə - fırtına, sel və siklonlara səbəb olacağını bildiriblər.
Azvision.az agentliyə istinadən xəbər verir ki, təbii fəlakətlər iqtisadi və sosial problemlərə, o cümlədən insan itkisi, miqrasiya, investisiya qoyuluşları və aktivlərə zərər verə bilər.

Risklərlə üzləşə biləcək ölkələrə gəlincə, agentlik Vyetnam, Baham adaları, Misir və Surinamın adını dərc edib: “İqtisadi inkişaf edən ölkələr də oxşar təhlükə ilə üzləşə bilər”.

Azvision.az



Teqlər: Dəniz  





Xəbər lenti