Kimya zavodunda baş verən partlayış 3 nəfərin həyatına son qoyub, xəsarət alanlar var. Kataloniya Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, Barselona şəhər xəstəxanasına yerləşdirilən yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Faciəvi şəkildə ölənlərdən digərinin dəhşət saçan videosu yayılıb. 800 kq ağırlığında metal lövhə partlayış zamanı qırılaraq onu havaya uçurub.
Kataloniya hökuməti əhaliyə ətrafa yayılan tüstü ilə kimyəvi qazlarla zəhrlənmənin mümkünlüyü ilə bağlı xəbərdarlıq verib, sakinləri çölə çıxmamağa çağırıb.
Qeyd edək ki, zavodda tez alışan qaz- etilen oksidinin olması partlayışı daha güclü edib.
Pərvanə Yahyazadə