Yanvarın 25-də e-millimizin üzvləri müəyyənləşəcək

İştirakçıların seçimi Olimpiya sistemi əsasında aparılacaq. Seçimlərdə ilk dörd yerin sahibi e-milli komandanın heyətini təşkil edəcək və qaliblərə AFFA tərəfindən yığmanın formaları, eləcə də “PlayStation 4” oyun konsolu təqdim olunacaq. E-milli komandamızın üzvləri ikisi əsas, ikisi ehtiyat üzv olmaqla ilk “e-Avro” ilə yanaşı, müxtəlif çempionatlarda, yoldaşlıq görüşlərində Azərbaycanı təmsil etmək şansı qazanacaqlar. Seçmə mərhələsi mart-may aylarında keçiriləcək e-Avropa çempionatında millimiz Slovakiya, Yunanıstan, Finlandiya və Norveçlə birgə “D” qrupunda mübarizə aparacaq. Əlli beş iştirakçı ölkə arasından 16 komanda iyulun 9-10-da final mərhələsində iştirak etmək üçün yarışacaq. Londonda baş tutacaq final mərhələsində ilk “e-Avro”nun qalibi müəyyənləşəcək.
Azvision.az
Teqlər: AFFA