Trampın impiçmenti prosesi başlanıb

   Trampın impiçmenti prosesi başlanıb
  17 Yanvar 2020    Oxunub:3364
ABŞ prezidenti Donald Trampın impiçmenti prosesi başlayıb. Azvision.az xəbər verir ki, artıq ölkənin Ali Məhkəməsinin sədri Con Roberts və senatorlar prezident Donald Trampın impiçmenti prosesinin başlanması üçün and içiblər.
Bununla da Nümayəndələr Palatasının prezidentin əleyhinə irəli sürdüyü ittihamların araşdırılması prosesinə start verilir. Yekun qərarı senatorlar verəcəklər.

Xatırladaq ki, Nümayəndələr Palatası çərşənbə günü Trampın impiçmenti haqqında işin Senata göndərilməsinə səs verib.


Azvision.az



Teqlər: Tramp  





Xəbər lenti