Çin əhalisinin sayı 1,4 milyarda çatıb

  17 Yanvar 2020    Oxunub : 1797
Çin əhalisinin sayı 1,4 milyarda çatıb
Tayvan adası, Honkonq və Makao xüsusi inzibati zonaları istisna olunmaqla, Çin əhalisinin sayı 2019-cu ilin sonuna 4,47 milyon nəfər artaraq 1,4 milyardı keçib.
Azvision.az “RİA -Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çinin Dövlət Statistika Bürosu məlumat yayıb. Məlumata görə, 2018-ci ildə artım 5,3 milyon nəfər təşkil edib.

Ötən il ölkədə 14,65 milyon yeni doğulan uşaq qeydə alınıb ki, bu da hər min nəfərə 10,48 yeni doğulan deməkdir. 2019-cu ildə Çində ölənlərin sayı isə 9,98 milyon nəfərtəşkil edib. Əhalinin təbii artımı isə hər min nəfərə 3,34 təşkil edib.

Çin əhalisinin 715,27 milyonunu kişilər, 684,78 milyonunu qadınlar təşkil edir. Əhalinin ümumi sayı 1 milyard 400 milyon 50 min nəfərə çatıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Çin   Əhali