Rusiyada zəncirvari qəza: 36 maşın toqquşub

Rusiyada zəncirvari qəza:  36 maşın toqquşub
  17 Yanvar 2020    Oxunub:2925
Rusiyada zəncirvari qəza baş verib.
Azvision.az “RİA-Novosti”yə istinadən xəbər verir ki, Adıgeydəki magistral yolda 20 avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.

"Adıgeydən iki kilometr şimalda iyirmi avtomobilin toqquşması nəticəsində beş nəfər xəsarət alıb, onlardan biri ölüb" , məlumatda bildirilir.

Daha bir zəncirvari qəza isə 16 avtomobilin toqquşması ilə Novosibirsk vilayətində baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

Qəzaların ilkin səbəbi kimi duman və buzun olması göstərilib. Hadisə yerində müvafiq qurumların nümayəndələi işləyir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Qəza   Maşın  





Xəbər lenti