İrəvanda evdə partlayış, iki nəfər xəsarət alıb

 İrəvanda evdə partlayış, iki nəfər xəsarət alıb
  17 Yanvar 2020    Oxunub:3220
Ermənistanın paytaxtı İrəvan yaxınlığındakı Zar kəndindəki mənzildə baş verən partlayışda iki nəfər ağır yaralanıb.
Azvision.az xəbər verir ki, xəsarət alan 86 və 84 yaşlı kişi və qadın xəstəxanaya yerləşdirilib.

"Partlayış nəticəsində 130 kvadratmetrlik mənzil çöküb, yaxınlıqdakı evin damı və pəncərələri zədələnib. Çökmüş evin sakinləri 1934 və 1936-cı il təvəllüdlü kişi və qadın Abovyan tibb mərkəzinə aparılıb. Həkimlərin dediyinə görə, onlar vəziyyəti ağırdır”, deyə Ermənistanın Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda deyilir.

Hadisənin səbəbi araşdırılır.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti