Kadırova yüksək vəzifə təklif edilib

Kadırova yüksək vəzifə təklif edilib
  17 Yanvar 2020    Oxunub:2450
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırova yeni vəzifə təklif edilib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı Kremldəki mənbəyə istinadla məlumat yayıb.

“Kadırov Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi ola bilər”, məlumatda vurğulanıb.

Bundan əvvəl, Çeçenistan rəhbəri müvəqqəti olaraq öz səlahiyyətlərini respublika hökumətinin sədri Müslüm Xuçiyevə təhvil verib.

Bildirilib ki, o, yanvarın 13-də müayinə üçün məzuniyyətə çıxıb. Lakin bu, Rusiya Prezidenti Vladimir Putinin Federal Məclisə müraciətindən və hökumətin istefasından sonra məlum olub.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Kadırov  





Xəbər lenti