Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına dair müzakirə aparılıb

Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına dair müzakirə aparılıb
  18 Yanvar 2020    Oxunub:3216
Azərbaycanın Qars şəhərindəki Baş konsulluğu ilə Türkiyənin cənub-şərq bölgəsində bir sıra rəsmi görüşlər keçirilib.
Azərbaycanın Qarsdakı Baş konsulluğundan Azvision.az -a verilən məlumata görə, Diyarbəkir valisi Həsən Basri Gözəloğlu, Diyarbəkir Jandarma komandanı, general-mayor Mustafa Ərdəm, Xarici İşlər Nazirliyinin Diyarbəkir İdarəsinin rəisi, səfir İbrahim Mete Yağlı, Daxili İşlər Nazirliyinin Diyarbəkir vilayət idarəsinin rəisi Şükrü Yaman, Diyarbəkir Diclə Universitetinin rektoru Talip Gül, vilayətin Kayapınar rayonunun icra başçısı və rayon bələdiyyəsinin sədri Ünal Koç, eləcə də Milliyyətçi Hərəkat Partiyasının Diyarbəkır vilayət şöbəsinin sədri Cihan Kayaalp ilə keçirilən görüşlərdə Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı vəziyyəti, gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşlərdə Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin digər ölkələr üçün nümunə olduğu bildirilib.

Azvision.az



Teqlər:





Xəbər lenti