ABŞ Çindən gələnləri koronovirusa görə yoxlayacaq

  18 Yanvar 2020    Oxunub : 1889
ABŞ Çindən gələnləri koronovirusa görə yoxlayacaq
ABŞ-ın səhiyyə qurumları Çindən gələn sərnişinləri tibbi yoxlanışdan keçirməyə başlayıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb Çində yeni koronovirusun yayılmasıdır. Artıq Nyu-York, Los-Anceles və San-Fransisko beynəlxalq hava limanlarında koronovirusa yoluxma ehtimalını yoxlamaq üçün tibbi personal ayrılıb.

Belə ki, Çindən gələn sərnişinlərin bədən hərarəti yoxlanılacaq və onlara koronavirusun səbəb olduğu sətəlcəm xəstəliyinin simptomları barədə suallar veriləcək.

Qeyd edək ki, Çinin Hubei əyalətinin Uxan şəhərində sətəlcəmin yeni növünə yoluxan şəxslərin sayı 45-ə çatıb. Onların arasında 5-nin vəziyyətinin ağır olduğu,15-nin isə artıq tibb müəssisələrindən evə buraxıldığı qeyd edilib.

Azvision.az

Teqlər: ABŞ   Çin