Paşinyanın narahatlığı: Deputatlarla nələr müzakirə olunub?

  18 Yanvar 2020    Oxunub : 1845
 Paşinyanın narahatlığı: Deputatlarla nələr müzakirə olunub?
Nikol Paşinyanın ”Vətəndaş razılaşması" partiyasından olan 20 deputat parlament fraksiyanı tərk etmək istəyir.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə söhbətlər Paşinyana da çatıb və o, özü komandası ilə ciddi məşğul olmağa qərar verib.

Bir neçə gün əvvəl fraksiya üzvləri ilə görüşdə baş nazirin bu məsələni də müzakirə etməsi istisna olunmur. Belə ki, indiyə qədər fraksiya rəhbəri Lilit Makunts və katib Akob Simidyan parlamentdəki vəziyyət barədə Paşinyana məlumat verib, lakin onları çoxları lider kimi qəbul etmir. Baş nazirin deputatlarla şəxsən görüşmək qərarına gəlməsinin səbəblərindən biri də budur.

İclasda demək olar ki, bütün fraksiya üzvləri iştirak ediblər. Paşinyan onlara görüşlərin daha tez-tez olacağını bildirib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Paşinyan   Deputat