Erməni deputatın avtomobili qarət edilib

  18 Yanvar 2020    Oxunub : 1999
Erməni deputatın avtomobili qarət edilib
Ermənistanda "Mənim addımım" blokunun deputatı Qevorq Papoyanın avtomobilini qarət ediblər.
Azvision.az xəbər verir ki, bu barədə erməni deputat "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Papoyanın sözlərinə görə, naməlum şəxslər avtomobilinin şüşəsini sındıraraq, şəxsi sənədlər olan çantasını oğurlayıb. Kamera və digər əşyalara isə toxunulmayıb.

Qeyd edək ki, Papoyan Nikol Paşinyanın rəhbəri olduğu “Vətəndaş razılaşması” partiyasının üzvüdür.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Erməni   Deputat