ABŞ səfiri Türkiyə qəzetlərinə cavab verdi

ABŞ səfiri Türkiyə qəzetlərinə cavab verdi
  21 Dekabr 2013    Oxunub:991
AzVision.az xəbər verir ki, ABŞ-ın Türkiyədəki səfiri Frensis Rikardo bu gün "Star" , "Yeni Şafak" və Akşam" qəzetlərinin başlıqlarına çıxan xəbərləri təkzib edib.

Səfir adı çəkilən qəzetlərdə çıxan "korrupsiya və rüşvət əməliyyatın arxasında ABŞ var" məzmunlu iddialarına cavab verərkən deyib ki, rüşvət əməliyyatları ilə ABŞ-ın heç bir əlaqəsi yoxdur: "Xəbərlərin hamısı yalan və böhtandır. Heç kim əsassız iddialarla Türkiyə-ABŞ əlaqələrini təhlükəyə atmamalıdır".

Xatırladaq ki, sözü gedən qəzetlər bu gün ABŞ səfinə analoji iddialarla hücum ediblər, hətta "Yeni Şafak" qəzeti səfirə müraciətlə "Çıx get bu ölkədən" manşeti verib.


Teqlər:





Xəbər lenti