Daha 5 terrorçu təslim olub

Daha 5 terrorçu təslim olub
  19 Yanvar 2020    Oxunub:2455
PKK/YPG terror təşkilatlarının düşərgəsindən qaçan daha 5 terrorçu təslim olub.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, terrorçular Şırnak vilayətinin Silopi qəsəbəsindəki Habur sərhəd-keçid məntəqəsində təhlükəsizlik qüvvələrinə təslim olub.

Qeyd edək ki, bununla da ilin əvvəlindən bu günə qədər yalnız inandırma yolu ilə təslim olan terrorçu sayı 13-ə çatıb.

Kənan Məmmədov
Azvision.az


Teqlər: PKK   Terror   Təslim  





Xəbər lenti