Pompeo və Çavuşoğlu Liviyanı müzakirə edib

Pompeo və Çavuşoğlu Liviyanı müzakirə edib
  19 Yanvar 2020    Oxunub:2588
ABŞ dövlət katibi Mayk Pompeo və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş olub.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi özünün “Twitter” səhifəsində qeyd edib.

Pompeo bildirib: "Bu gün Berlində, Türkiyənin xarici işlər naziri Çavuşoğlu ilə Liviyadakı sülh prosesini müzakirə etdim. Liviyada atəşkəsin əldə edilməsi və sülhə əməl olunmasına nəzarət etmək üçün etibarlı mexanizmin yaradılması barədə razılığa gəldik”.

Qeyd edək ki, bu gün Almaniyanın paytaxtı Berlində Liviya üzrə beynəlxalq konfrans keçiriləcək.

Azvision.az




Teqlər: Pompeo   Çavuşoğlu   Liviya  





Xəbər lenti