Çində güclü zəlzələ olub

Çində güclü zəlzələ olub
  20 Yanvar 2020    Oxunub:2665
Çinin Sincan-Uyğur Muxtar Bölgəsində güclü zəlzələ qeydə alınıb.
Azvision.az xəbər verir ki, Çin Seysmoloji Mərkəzi zəlzələnin 6.4 bal gücündə olduğunu açıqlayıb.

Bildirilir ki, zəlzələ yerli vaxtla 21:27-də qeydə alınıb. Zəlzələnin episentri Szyaşi (Feyzabad) ərazisində, ocağı isə təxminən 16 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntı barədə məlumat verilmir.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Çin   Zəlzələ  





Xəbər lenti