“20 Yanvar şəhidləri müstəqilliyin bərpasında xüsusi rol oynayıblar” - Britaniya səfiri

 “20 Yanvar şəhidləri müstəqilliyin bərpasında xüsusi rol oynayıblar” -  Britaniya səfiri
  20 Yanvar 2020    Oxunub:5417
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.

Azvision.az xəbər verir ki, bu barədə səfirliyin "Facebook" səhifəsində məlumat yerləşdirilib.
“Artıq 30 ildir ki, Azərbaycan xalqı 20 yanvar - Qanlı Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır. Yanvar şəhidləri Azərbaycanın müstəqilliyinin bərpasında xüsusi rol oynayıblar. Böyük Britaniya höküməti və öz adımdan Azərbaycan xalqına və şəhid olanların ailələrinə dərin hüznlə başsağlığımı çatdırıram. Bu faciədə həyatını itirənlərin xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır”.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Səfir   20-Yanvar   Britaniya  





Xəbər lenti