Rusiyada oteli su basdı, 6 nəfər öldü - VİDEO

Rusiyada oteli su basdı, 6 nəfər öldü -  VİDEO
  20 Yanvar 2020    Oxunub:2580
Rusiyanın Perm vilayətindəki "Karamel" mini-hoteldə isti su boru xəttinin partlaması nəticəsində 6 nəfər ölüb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə zamanı daha üç nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.

Hadisə ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 238-ci (həyatın təhlükəsizliyi və istehlakçıların sağlamlığı üçün tələblərə cavab verməyən xidmətlər, səhlənkarlıq nəticəsində iki nəfərin ölümünə səbəbolma) maddəsi ilə cinayət işi başlanılıb.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Otel  





Xəbər lenti