Serbiya Rusiyadan "Pantsir-C1" sistemlərini alıb

"Müqavilə keçən il bir batareyanın alınmasına dair bağlanıb. Artıq onun icrasına başlanılıb və 2020-ci ildə tamamlanacaq", - deyə agentlik yazıb.
Serbiya Prezidenti Alexander Vuçiç oktyabrın sonunda “Slavyan qalxanı” təlimlərində silah alınması haqqında danışmışdı, ancaq onda yalnız bir “Pantsir-C” kompleksindən söhbət gedirdi. Bundan əlavə, Vuçiç Serbiyanın S-400 uzun mənzilli hava hücumundan müdafiə sistemini almaq istəyini də ifadə edib.
Serbiya Avropada Rusiyanın ən böyük silah və hərbi texnika idxalçısıdır. Əvvəllər ölkə Rusiyadan yeddi Mi-17 və Mi-35 helikopteri alıb, hədiyyə olaraq altı MiQ-29 qırıcı və on BRDM-2MS zirehli personal daşıyıcısını əldə edib.
Xatırladaq ki, bir batareyaya altı “Pantsir-C1” daxildir.
Pərvanə Sultanova
Azvision.az