Şahzadə Harri: “Vəzifədən imtina etmək asan deyil”

Şahzadə Harri:  “Vəzifədən imtina etmək asan deyil”
  20 Yanvar 2020    Oxunub:3165
Britaniya şahzadəsi Harri Kral vəzifələrini icra etməkdən uzaqlaşmağın onun üçün çox kədərli olduğunu deyib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, Harri qərarın qəbulunun asan olmadığını, ancaq başqa seçiminin qalmadığını bildirib.

"İstəyirəm ki, həqiqəti məndən eşidəsiniz. Sizinlə şahzadə kimi yox, Harri kimi fikirlərimi paylaşıram. 35 il gözləriniz qarşısında böyüdüm. Böyük Britaniya mənim evim və sevdiyim yerdir. Və bu, heç vaxt dəyişməyəcək. Meqan və mən evləndikdə böyük ümidlə yaşadıq və xidmət etmək istədik. Mənim həyat yoldaşımla birgə belə bir qərar qəbul etməyim asan başa gəlmədi. Uzun aylar danışıqlar oldu. Biz dövlət maliyyəsi olmadan bəzi vəzifələrimizi icra etmək istədik, amma təəssüf ki, mümkün olmadı", - deyə Harri əlavə edib.

Xatırladaq ki, şahzadə Harri və həyat yoldaşı Meqan artıq Kral ailəsinin vəzifələrini icra etməyəcəklər. Onlar Kral ailəsinin üzvü titulundan məhrum ediliblər, həmçinin cütlük dövlətin bundan sonrakı maliyyə dəstəyindən də imtina edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ŞahzadəHarri  





Xəbər lenti