Serj Sarkisyanı 8 ilədək həbs gözləyir

 Serj Sarkisyanı 8 ilədək həbs gözləyir
  20 Yanvar 2020    Oxunub:2495
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyana qarşı açılan mənimsəmə ilə bağlı cinayət işinin istintaqı başa çatıb, iş materialları prokurorluğa təhvil verilib.
Azvision.az erməni mətbuatına insinadən xəbər verir ki, cinayət işində sabiq prezidentlə yanaşı, keçmiş kənd təsərrüfatı naziri Serqo Karapetyan, kənd təsərrüfatı nazirinin müavini Samvel Qalstyan və digər şəxslərin adları hallanır.

İstintaq Komitəsinn iddiasına görə, S.Sarkisyan 2013-cü il yanvarın 25-dən fevralın 7-dək 1 milyon dollardan çox dövlət vəsaitini mənimsəyib. İttihamların sübuta yetiriləcəyi təqdirdə onları 4 ildən 8 ilədək həbs gözləyir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Serj-Sarkisyan  





Xəbər lenti