Sarkisyan danışmaqdan imtina etdi: “Məni rahat buraxın”

Sarkisyan danışmaqdan imtina etdi:  “Məni rahat buraxın”
  20 Yanvar 2020    Oxunub:2425
Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Qeorqi Kutoyanın dəfn mərasimində iştirak edib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, Sarkisyan jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.

“Xahiş edirəm, məni rahat buraxın. Vaxt gələcək bütün suallarınıza cavab verəcəyəm", - deyən sabiq prezident KİV nümayəndələrindən qaçıb.

Xatırladaq ki, Kutoyan mənzildə ölü tapılıb. Hadisə yerindən istintaqçlar 30-dan çox patron aşkar ediblər. Faktla bağlı “intihar həddinə çatdırma” maddəsi ilə cinayət işi başlanıb.

Onun dəfn mərasimində Ermənistanın Respublika Partiyasının bir sıra üzvləri və keçmiş yüksək vəzifəli şəxsləri iştirak ediblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Sarkisyan  





Xəbər lenti