Ruhani nazirlə Zelenskiyə məktub göndərəcək

Ruhani nazirlə Zelenskiyə məktub göndərəcək
  20 Yanvar 2020    Oxunub:3038
İran Prezidenti Həsən Ruhani Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boeing-737” təyyarəsinin vurulması ilə bağlı Ukrayna Prezidenti Vladimir Zelenskiyə məktub göndərəcək.
Azvision.az İRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musavi bildirib.

Onun sözlərinə görə, məktubu Ukrayna Prezidentinə çatdırmaq üçün İranın yollar və şəhərsalma naziri Məhəmməd Eslami Kiyevə səfər edəcək.

Qeyd edək ki, yanvarın 8-də Tehrandan Kiyevə uçuş həyata keçirməli olan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boeing-737” təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.

Qəza nəticəsində təyyarədə olan İran, Ukrayna, Kanada, Almaniya, İsveç və Əfqanıstandan olan 167 sərnişin və 9 heyət üzvü həlak olub. Hadisədən bir neçə gün sonra rəsmi Tehran təyyarənin səhvən raketlə vurulduğunu etiraf edib.

Azvision.az


Teqlər: Ruhani  





Xəbər lenti