Bir gündə 914 qaçqın Suriyaya qayıdıb

Bir gündə 914 qaçqın Suriyaya qayıdıb
  20 Yanvar 2020    Oxunub:1965
Sutka ərzində Suriyaya İordaniyadan 600-ə yaxın, Livandan isə 300-dən çox qaçqın qayıdıb.
Azvision.az xəbər verir ki, bu barədə müharibə edən tərəflərin barışıqları və qaçqınların hərəkəti üzərində nəzarət mərkəzinin açıqladığı bülletendə deyilir.

“Ötən sutka ərzində xarici dövlətlərin ərazisindən Suriyaya 914 qaçqın geri dönüb. Belə ki, Livanın “Jaydet Yabus”, “Tell-Kalah” keçid məntəqələrindən ümumilikdə 326 nəfər (98 - qadın, 166 - uşaq) , İordaniyanın “Nasib” keçid məntəqəsindən isə ümumilikdə 588 nəfər (qadın - 176, uşaq - 300) Suriyaya geri dönüb”, - deyə bülletendə qeyd olunub.

Azvision.az


Teqlər: Suriya  





Xəbər lenti