Telefonu söndürüb yoxa çıxdı - Haftar yenə sülh sazişini imzalamadı

 Telefonu söndürüb yoxa çıxdı -  Haftar yenə sülh sazişini imzalamadı
  20 Yanvar 2020    Oxunub:3897
Liviya Milli Ordusunun komandiri Xəlifə Haftar Berlin konfransı zamanı telefonunu bağlayıb və yoxa çıxıb.

Azvision.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.
Qeyd edilib ki, Haftar konfransın gedişində qəribə davranıb, daha sonra telefonu söndürüb, heç kimlə əlaqə yaratmayıb, xəbərdarlıq etmədən gedib. Barışıq razılaşmasını imzalamaqdan da imtina edib.

Berlin konfransı dünən baş tutub. Konfransda Almaniya, Fransa, Türkiyə, Rusiya liderləri, Avropa İttifaqı və BMT təmsil olunub.

Bundan əvvəl isə Haftar Rusiya və Türkiyə nümayəndələrinin iştirakı ilə Moskvada keçirlən danışıqları atəşkəs müqaviləsini imzalamadan tərk etmişdi.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Liviya  





Xəbər lenti