İcazəli mintinqdə iştirakçılar həbs edildi

İcazəli mintinqdə iştirakçılar həbs edildi
  20 Yanvar 2020    Oxunub:2135
Çində insan haqlarının pozulmasına qarşı etiraz aksiyası keçirilib.
Azvision.az çin mətbuatına istinadən xəbər verir ki, yanvarın 19-da on minlərlə demokratiya fəalı Honkonqdakı Viktoriya parkinda nümayiş keçiriblər. Təsdiq edilmiş etiraz yürüşünün ilk 90 dəqiqəsi dinc keçsə də, sonradan polislə etirazçılar arasında qarşıdurma yaranıb. Etirazçılar yerli polisləri dinc nümayişçilərə qarşı gözyaşardıcı qaz, bibər qazı və rezin güllələrdən istifadə etməkdə günahlandırsalar da, qarşı tərəf bunun əksini bildirir.

Honkonq polis orqanlarının açıqladığı məlumata görə, "bir qrup qiyamçı" yolları bağlayıb polis əməkdaşlarına "vəhşicəsinə hücum edib", onlara atəş açıblar. Buna görə də, polis sərt tədbirlər görməyə məcbur olub. Həbs edilənlərin sayı hələlik açıqlanmayıb.

Qeyd edək ki, Çinin Honkonq inzibati bölgəsindəki nümayişlər yarım ildən çoxdur davam edir. Etirazlar hökumətə qarşı yönəlib. 1997-ci ildə Çinə qaytarıldıqdan sonra, Honkonq Pekinin suverenliyi altında "bir ölkə, iki sistem" prinsipinə əsasən muxtar idarə edilir.

Bundan əlavə, sayca Çin Xalq Cümhuriyyətinin 1,3 milyardlıq əhalisinə nisbətən, azlıq təşkil edən Honkonq vətəndaşları sərbəst toplaşmaq, söz və mətbuat azadlığı hüquqlarının tapdalandığını deyir, vəd edilən həqiqi demokratiya tələb edirlər.

Pərvanə Yahyazadə
Azvision.az


Teqlər: Çin   Etiraz   Aksiya  





Xəbər lenti