Harri ailəsi ilə birlikdə Londonu tərk edib

Harri ailəsi ilə birlikdə Londonu tərk edib
  21 Yanvar 2020    Oxunub:2313
Şahzadə Harri Böyük Britaniyanı tərk edərək həyat yoldaşı Meqan Markl və oğlu Arçi ilə birlikdə Kanadaya gedib.
Azvision.az "The Sun"a istinadən xəbər verir ki, Harri Londonda Britaniya-Afrika İnvestisiya sammitində iştirak etdikdən sonra Kanadaya uçub. Sammitdə şahzadə Baş Nazir Boris Consonla görüşüb. Bununla belə, Harri Bukinqem sarayındakı axşam ziyafətinə qatılmayıb.

Xatırladaq ki, yanvarın 8-də cütlük kral ailəsinin böyük üzvləri vəzifələrini tərk etmək və maliyyə müstəqilliyi əldə etmək istədiklərini bildiriblər.

Yanvarın 18-də Bukinqem sarayı kraliçanın onların qərarını dəstəklədiyini və cütlüyün artıq rəsmi tədbirlərdə II Yelizavetanı təmsil edə bilməyəcəklərini açıqlayıb. Həmçinin, Harrinin ailəsi artıq büdcə vəsaiti almayacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Britaniya   Şahzadə   Harri  





Xəbər lenti