Sətəlcəmin yeni növünə yoluxanların sayı 218-ə çatıb

Sətəlcəmin yeni növünə yoluxanların sayı 218-ə çatıb
  21 Yanvar 2020    Oxunub:2720
Çində sətəlcəmin yeni növünə yoluxan şəxslərin sayı 218-ə çatıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, virusa yoluxanlardan 198 nəfəri Vuhan, 5-i Pekin, 1 nəfəri Şanxay, 14 nəfəri isə Quandun şəhərindədir.

Virus artıq qonşu ölkələrdə - Yaponiya, Cənubi Koreya və Tailanda da müşahidə edilib. Bu günə qədər 4 ölüm hadisəsi qeydə alınıb.

Xatırladaq ki, 31 dekabr 2019-cu ildə Çinin Hubei əyalətinin Vuhan şəhərində naməlum etiologiyalı sətəlcəm xəstəliyi aşkar olunub. Yanvarın 7-də xəstəliyin törədicisi olan koronavirus (2019-nCoV) müəyyən edilib.

Azvision.az



Teqlər: Çin   Sətəlcəm   Xəstəlik  





Xəbər lenti