Ermənistanda etiraz aksiyası - Fermerlər yolu bağladı

Ermənistanda etiraz aksiyası -  Fermerlər yolu bağladı
  21 Yanvar 2020    Oxunub:2974
Ermənistanda fermerlər etiraz aksiyası keçirirlər.

Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, narazı fermerlər Ararat-İrəvan avtomobil yolunu bağlayıblar. Onlar heyvanların kəsiminin xüsusi ayrılmış yerlərdə həyata keçirilməsi ilə bağlı tətbiq edilən yeniliyin təxirə salınmasını və ya ləğv edilməsini tələb edirlər.
Xatırladaq ki, yanvarın 15-dən etibarən Ermənistanda ətin yalnız lisenziyalı məntəqələrdə satılmasına icazə verilib. Bu qayda ət satışı ilə məşğul olan insanların narazılığına səbəb olub. Onlar bir neçə dəfə hökumət binasının qarşısında etiraz aksiyaları keçiriblər.

Aksiya iştirakçıları ilə görüşən Ararat vilayətinin qubernatoru Qarik Sarkisyan deyib ki, onların qeyri-qanuni şərtləri qəbuledilməzdir: “Biz sizi dinləməyə hazırıq, ancaq güzəştə getməlisiniz".

Fermerlər isə tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə aksiyaları davam etdirəcəklərini bəyan ediblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Etiraz   Aksiya  





Xəbər lenti