Əli Abbasov vətəndaşları qəbul etdi

Əli Abbasov vətəndaşları qəbul etdi
  21 Dekabr 2013    Oxunub:1008
Rabitə və informasiya texnologiyaları naziri Şamaxıda vətəndaşları qəbul edib.
AzVision.az xəbər verir ki, bu gün rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Şamaxı şəhərində Qobustan, Ağsu və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edib.

AzVision.az xəbər verir ki, Şamaxı Telekommunikasiya Qovşağında keçirilən və nazirliyin müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda 50 nəfərədək vətəndaşın müraciətinə baxılıb.

Nazir Əli Abbasov qəbula gələn hər bir vətəndaşı diqqətlə dinləyib. Müraciətlər əsasən işlə təminat, işə bərpa, yeni yaşayış massivlərinin telefonla təminatı, internetlə bağlı problemlər, ucqar kəndlərin yüksək sürətli internetlə təmin olunması və s. məsələlərlə əlaqədar olub.

Müraciətlərin əksəriyyəti yerindəcə həll edilmiş, bəziləri isə araşdırılmaq üçün qeydiyyata götürülüb.

Qəbula gələnlər yaradılmış şəraitindən razılıqlarını bildiriblər.

Əli Abbasov həmin gün Ağsu rayonunun ərazisindəki Azərbaycanda ikinci ən güclü stansiya - 14 rayonu əhatə edən “Gülüstan” radio-televiziya yayım stansiyasına baş çəkib. Nazir burada əməkdaşların iş şəraiti və stansiyanın texniki vəziyyəti ilə yaxından tanış olub.


Teqlər:





Xəbər lenti