Xalq şairinin oğlu: “Zəlimxan Yaqub ölməyib...”

Z.Yaqubun oğlu Bəhlul Yaqub Azvision.az -a bildirib ki, atasının yaxın dostları, sevənləri bu gün onun məzarını ziyarət ediblər.
B. Yaqubov atasını şairin öz misraları ilə yad edib: “İnsan ömrüdür. Hərə bir ömür yaşayır. Həmişə yaddaşımzdadır. Cismanı yoxluğunu hiss edirik. Mənəvi baxımdan yanımızdadır. Onu bu misraları ilə anmaq istərdim.
Nə alim doğuldum, nə də ki, dahi,
Peşiman da deyiləm gələn günümə.
Əliboş aparma ilahi məni,
Doğulan günümdən ölən günümə.
Qeyd edək ki, Zəlimxan Yaqub uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. Türkiyə, Almaniya kimi ölkələrdə müalicə kursu keçib. Hər iki böyrəyi olmayan ictimai xadim ömrünün son illərində dializ qəbul etməklə yaşayıb. O, 2016-cı il yanvarın 9-da dünyasını dəyişib.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Zəlimxan-Yaqub Xalq-şairi