Qazaxıstanda 5,2 maqnitudada zəlzələ olub
-1736447265.jpg)
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Belə ki, yeraltı təkanların episentri 15,9 min nəfərin yaşadığı Merke kəndindən 23 km cənub-qərbdə, zəlzələ ocağı 8 km dərinlikdə yerləşib.
Artıq Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Komandanlıq Mərkəzində seysmik vəziyyətin monitorinqi üzrə operativ qərargah yaradıb. Qazaxıstan Respublikasının fövqəladə hallar nazirinin müavini Batırbek Abdışevin sədrliyi ilə ərazi bölmələri ilə işçi görüş və videokonfrans keçirilib.
AzVision.az
Teqlər: