Kral III Çarlz xərçəngə görə yenidən xəstəxanaya aparılıb

Kral III Çarlz xərçəngə görə yenidən xəstəxanaya aparılıb
  28 Mart 2025    Oxunub:1023
Böyük Britaniya Kral III Çarlz xərçəng xəstəliyinin müalicəsi zamanı yaranan müvəqqəti yan təsirlərlə əlaqədar qısa müddətli xəstəxanaya yerləşdirilib .
Bu barədə Bukinqem sarayı məlumat yayıb. Bildirilib ki, 76 yaşlı Kral həmin günün axşamı Klarens Haus rezidensiyasına qayıdıb və hazırda dövlət işlərini davam etdirir.

Kralın martın 28-də Birminqem şəhərinə planlaşdırılan səfəri, eləcə də üç səfirin etimadnamələrinin qəbulu təxirə salınıb. Saraydan bildirilib ki, bu cür yan təsirlər xərçəng müalicəsi alan xəstələr üçün qeyri-adi deyil və Kralın ümumi müalicə prosesi müsbət istiqamətdə davam edir.

Saray mənbələri bu vəziyyəti yolda kiçik bir maneə kimi qiymətləndirib və Kralın səhhətinin çox yaxşı istiqamətdə irəlilədiyini vurğulayıblar.


AzVision.az


Teqlər:





Xəbər lenti