Çində 295 nəfər koronavirusa yoluxub

Çində 295 nəfər koronavirusa yoluxub
  21 Yanvar 2020    Oxunub:2125
Çində yeni tipli koronavirusa yoluxanların sayı 295 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Çin Milli Səhiyyə Komissiyası məlumat yayıb. Bildirilib ki, son bir gün ərzində ölkənin orta bölgəsindəki Hubei əyalətində, habelə paytaxt Pekində və Şanqhaidə 77 yoluxma halı qeydə alınıb.

Komissiyanın məlumatına əsasən, virusa yoluxmuş şəxslərlə yaxın ünsiyyətdə olmuş 1739 nəfər müəyyən edilib, onlardan 922-si həkim nəzarətindədir.

Qeyd edək ki, yeni vurs artıq dörd nəfərin ölümünə səbəb olub.

Azvision.az


Teqlər: Çin  





Xəbər lenti