Cammu və Kəşmirdə son vəziyyət necədir? - Səfirlikdən açıqlama

Cammu və Kəşmirdə son vəziyyət necədir? -  Səfirlikdən açıqlama
  21 Yanvar 2020    Oxunub:2826
Hindistanın hakimiyyət orqanları Cammu və Kəşmirdəki vəziyyətin normallaşdırılması və sosial-iqtisadi inkişafın artırılması istiqamətində müxtəlif tədbirlər görür.
Hindistanın Bakıdakı səfirliyindən Azvision.az -a verilən məlumata görə, elektrik, su təchizatı, səhiyyə və kanalizasiya kimi zəruri təchizat və xidmətlər tam bərpa olunub.

Bildirilib ki, lazımi əşyalar, qida məhsulları və uşaq qidaları ehtiyatı kifayət qədər çoxdur. Xəstəxanalar və tibb müəssisələri normal fəaliyyət göstərir və dərman çatışmazlığı yoxdur. Cammu və Kəşmirdəki bütün məktəb və kolleclər açılıb və normal fəaliyyət göstərir. Telefon və mobil telefon xidmətləri bərpa edilib və mətbuat və jurnalistlər üçün heç bir məhdudiyyət yoxdur. İttifaqın ərazisində fəaliyyət göstərən 12 rayonda internet qurğusu yenidən bərpa edilib.

Qeyd olunub ki, Srinagar və Cammu şəhərlərindəki hava xidməti fəaliyyət göstərir. Cammu və Kəşmirdən keçən dəmiryol xidməti də həmçinin fəaliyyətinə davam edir. Bununla yanaşı, onu da qeyd etmək olar ki, Cammu və Kəşmirdə nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Turistlərin Cammu və Kəşmiri ziyarət etməmələri ilə bağlı tövsiyələr aradan qaldırılıb.

Normal vəziyyətin bərpası və demokratiyanın dərinləşməsi üçün 24 oktyabr 2019-cu ildə Yerli Hökümət seçkilərinin ikinci mərhələsi keçirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Hindistan  





Xəbər lenti